Azərbaycan Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib
-
Azərbaycan Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib
Azərbaycan Respublikasında Növbədənkənar parlament seçkilərdən sonra Milli Məclisin tərkibi tam yenilənməsə də, rəhbərliyi bütünlükdə yeniləndi. Sədr də, müavinlər də dəyişdi.
Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında parlamentin komitələrinin sədrləri də seçilib.
Azərbaycanda son 30 ildə ilk dəfə parlamentə qadın sədrlik edəcək. Hakim Yeni Azərbaycan Partiyasının üzvü Sahibə Qafarova bundan öncə iki dəfə - IV və V çağırış Milli Məclisdə təmsil olunub. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti üzvlərindəndir.
Azərbaycan Respublikası prezidenti iclasda nitq söyləyib, beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.
Prezident İlham Əliyev bütövlükdə seçkilərin Azərbaycan xalqımının iradəsini tam ifadə etdiyini söyləyib.
MİLLİ MƏCLİSİN YENİ TƏRKİBDƏ İLK İCLASI KEÇİRİLİB