Azərbaycanda koronavirusa yoluxanların sayı 19-a çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i359242-azərbaycanda_koronavirusa_yoluxanların_sayı_19_a_çatıb
Daha 4 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb.Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah bu gün, martın 13-də məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2020 17:59 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxanların sayı 19-a çatıb
    Azərbaycanda koronavirusa yoluxanların sayı 19-a çatıb

Daha 4 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb.Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah bu gün, martın 13-də məlumat yayıb.

Dünən, martın 12-də isə Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı.

Bununla bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı açıqlanıb. Onlardan birinin öldüyü, üçün isə sağalaraq evlərinə buraxıldığı bildirilir.

Həmmçinin Azərbaycanda koronavirusa görə idman qurğularının fəaliyyəti dayandırılıb.Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

 Məlumat üçün bildiririk ki, Respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

AZƏRBAYCAN R-DA COVID-19 XƏSTƏLƏRİNİN SAYI, 19-DUR