Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i359402-gürcüstan_azərbaycandan_neft_idxalını_kəskin_azaldıb
Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını illik ifadədə 55% azaldaraq 13 819,4 ton təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2020 10:56 Asia/Baku
  • Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb
    Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını illik ifadədə 55% azaldaraq 13 819,4 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İdxal edilən məhsulun ümumi dəyəri 6 610,5 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar fevral-ayları ərzində Gürcüstanın Azərbaycana dərman ixracının həcmi illik müqayisədə 62,7% azalaraq 50,9 ton təşkil edib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri 1 730,6 min ABŞ dollarına bərabər olub ki, bu da illik ifadədə 3,2 dəfə azdır.

TİFLİS BAKIDAN NEFT İDXALINI KƏSKİN AZALDIB