Azərbaycan Respublikası və Ermənistanda koronavirusun son vəziyyəti
https://azeri.sahartv.ir/news/azərbaycan-i359808-azərbaycan_respublikası_və_ermənistanda_koronavirusun_son_vəziyyəti
Azərbaycan Respublikasında koronavirus xəstəliyindən ölənlərin sayı üç nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2020 15:43 Asia/Baku
  • Azərbaycan Respublikası və Ermənistanda koronavirusun son vəziyyəti

Azərbaycan Respublikasında koronavirus xəstəliyindən ölənlərin sayı üç nəfərə çatıb.

Azərbaycan Respublikası hökumətinin sözçüsü Məmmədov bildirib ki, bu ölkədə koronavirusa yoluxan 122 nəfərdən üç nəfər vəfat edib.O, deyib ki, on beş nəfər də sağalıb. 104 nəfər isə xəstəxanada yatır.

Hazırda Azərbaycan Respublikasında 3300 nəfərdən çox insan karantində saxlanır ki, onların əksər hissəsi xaricdən gəlibdir.

Belə bir halda, Ermənistan səhiyyə nazirliyinin məlumatına görə, bu ölkədə COVID-19-a yoluxanların sayı 330 nəfərə çatıb. Bir nəfər də dünən vəfat edibdir.

AR VƏ ERMƏNİSTANDA COVID-19-UN SON DURUMU