Naxçıvanda COVID-19 ilə mübarizə gücləndirilib
-
Naxçıvanda COVID-19 ilə mübarizə gücləndirilib
Naxçıvanda koronvirus pandemiyası ilə mübarizə çərçivəsində qabaqlayıcı tədbirlər gücləndirilib.
Naxçıvan Muxtar Respublikasının rəsmiləri koronavirusla təsirli mübarizə üçün bəzi qabaqlayıcı tədbirlər görüblər. Bunlara, bütün orta və ali təhsil ocaqlarının tətil müddətinin aprelin 20-dək uzadılması, daxili işlər nazirliyinin nəzarəti ilə şəhər şəviyyəsində on nəfərdən çox insanın toplaşmasının qadağan və karantinin elan edilməsi, 65 yaşından yuxarı şəxslərin mənzildən çölə çıxmasının qadağan olunması, əczaxanalar və ərzaq malları üzrə satış mərkəzləri müstəsna olmaqla bütün restoranların və satış mərkəzlərinin bağlanmasını misal çəkmək olar.
Hökumət idarələrinin və digər ictimai məkanları dezinfeksiya edilməsi, avtobus və taksi vasitəsilə şəhərlərarası sərnişin daşınmasının qadağan edilməsi, bəzi peşələrin və ictimai iaşə müəssisələri üçün fəaliyyət zamanı məhdudiyyətinin yaradılması, evdə qalmaq barədə vətəndaşlara ardıcıl şəkildə tövsiyələrin edilməsi, Naxçıvan-Bakı hava reyslərinin ləğv olunması, həmçinin bütün mədəni, bədii və idman tədbirlərinin ləğvi qabaqlayıcı addımlardan hesab olunur.