İşsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi müddəti uzadılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360273-İşsiz_şəxslərə_minimum_məbləğdə_işsizlikdən_sığorta_ödənişi_müddəti_uzadılıb
Azərbaycanda Nazirlər Kabineti “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 08, 2020 04:53 Asia/Baku
  • İşsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi müddəti uzadılıb
    İşsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi müddəti uzadılıb

Azərbaycanda Nazirlər Kabineti “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.

Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

Məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əməkqabiliyyətli şəxs işsiz şəxs hesab olunur.

AR-DA İŞSİZLƏRİN SOSİAL MÜDAFİƏSİ HAQDA QƏRAR ÇIXARILIB