D.Qarabağ bölgəsində qondarma prezident seçkilərinin 2-ci turu keçirilir
Apr 14, 2020 10:28 Asia/Baku
-
D.Qarabağ bölgəsində qondarma prezident seçkilərinin 2-ci turu keçirilir
Bu gün Dağlıq Qarabağ bölgəsində qondarma prezident seçkilərinin 2-ci turu keçirilir.
İşğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma prezident seçkilərinin 2-ci turu Araik Arutunyan və Masis Maeilyan arasında keçirilir.
Seçkilərin birinci turu martın 31-də keçirilmişdi.
Qeyd edək ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi münaqişəli Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsi barədə belə demişdi: İran bölgədə gərginliyin və ixtilafın artmasına səbəb olacaq hər cür hərəkətə qarşıdır.
D.QARABAĞDA QONDARMA PREZİDENT SEÇKİLƏRİNİN 2-Cİ TURU