Azərbaycanda 50 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər vəfat edib, 39 nəfər sağalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360512-azərbaycanda_50_nəfərdə_koronavirus_aşkarlanıb_bir_nəfər_vəfat_edib_39_nəfər_sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2020 10:51 Asia/Baku
  • Azərbaycanda 50 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər vəfat edib, 39 nəfər sağalıb
    Azərbaycanda 50 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər vəfat edib, 39 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkədə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

AR-DA 50 NƏFƏRDƏ COVID-19 AŞKARLANIB