Əliyev koronavirusun AR iqtisadiyyatına təsirinə təkid edib
Azərbaycan Respublikasının prezidenti koronavirusun bu ölkə iqtisadiyyatına qarşı mənfi təsirlərini qaçılmaz adlandırıb və bu təsirlərin azaldılması və aradan götürülməsini istəyib.
İlham Əliyev bu gün Azərbaycan Respublikasının nazirlər kabinetinin video-konfrans formasında keçirilən iclasında koronavirusun bu ölkə iqtisadiyyatına qarşı mənfi təsirlərinə işarə ilə, hökumət üzvlərindən istəyibdir ki, prioritetdə olmayan xərcləri yenidən nəzərdən keçirib, onları azaltsınlar.
Azərbaycan Respublikasının prezidenti yeni gəlir mənbələrinin tapılmasına daha artıq diqqətin yetirilməsi vacibliyini vurğulayıb.
«Hələ məlum deyildir ki, koronavirus nə vaxtadək davam edəcək» deyən Əliyev belə qeyd edib: Elə addım atmaq lazımdır ki, ölkədə iqtisadi sabitlik təmin edilmiş olsun.
Əliyev həmçinin deyib: İndiyədək Azərbaycan Respublikasında 600 min nəfərdən çox insan koronavirus pandemiyası nəticəsində işini itiribdir.
ƏLİYEV COVID-19-UN AR İQTİSADİYYATINA TƏSİRİNİ VURĞULAYIB