İdxal da azalıb, ixrac da
https://azeri.sahartv.ir/news/azərbaycan-i360587-İdxal_da_azalıb_ixrac_da
Bu ilin 3 ayında Azərbaycanda xarici ticarət dövriyyəsi 6 milyard 843 milyon dollar təşkil edib. Bunun 2.6 milyardı idxalın, 4.2 milyard dolları isə ixracın payına düşür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2020 05:17 Asia/Baku
  • İdxal da azalıb, ixrac da
    İdxal da azalıb, ixrac da

Bu ilin 3 ayında Azərbaycanda xarici ticarət dövriyyəsi 6 milyard 843 milyon dollar təşkil edib. Bunun 2.6 milyardı idxalın, 4.2 milyard dolları isə ixracın payına düşür.

Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasına görə, bu zaman müsbət saldo 1.5 milyard dollara çatıb.

DGK bildirir ki, ötən ilin eyni dövründə isə xarici ticarət dövriyyəsi 7.6 milyard dollar olmuşdu. Onun da 3.1 milyardı idxalın, 4.4 milyard dolları isə ixracın payına düşürdü.

Xarici ticarətdə müsbət saldo isə 1.3 milyard dollar olmuşdu.

Ekspertlər ölkənin xarici ticarət dövriyyəsinin azalmasını neftin bu ilin əvvəlindən son bir ayda təqribən 2 dəfə ucuzlaşması və koronavirus pandemiyası ilə bağlı dünyada tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə izah edirlər.

AZƏRBAYCAN RESPUBLİKASINDA İDXAL DA AZALIB, İXRAC DA