Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i360820-gürcüstanda_azərbaycanlılar_etiraz_aksiyası_keçirib
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər etiraz aksiyası keçirirlər. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 10:44 Asia/Baku
  • Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər etiraz aksiyası keçirirlər. 

APA-nın verdiyi məlumata görə, Şulaveri kəndi ərazisinə toplanaraq mərkəzi yolu bağlayan etirazçılar koronavirusa görə qoyulan məhdudiyyətlər səbəbindən yetişdirdikləri məhsulu satışa çıxara bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, xüsusi icazə ilə rayon ərazisinə daxil olan şirkətlər məhsul alışını aşağı qiymətlə həyata keçirir. Əraziyə gələn Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneuli meri Zaur Darğallı etirazçılara müraciət edərək bildiriblər ki, Gürcüstanın bütün rayonlarında məhsul satışının yaxın günlərdə təşkil edilməsi istiqamətində fəaliyyətə başlanılacaq. Müxalifət partiyaların nümayəndələri də əraziyə gələrək etirazçılara qoşulublar.

Aksiyanın keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.