Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ konqresinin üzvlərinə etirazını bildirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i360856-qarabağın_azərbaycanlı_icmasının_rəhbəri_abŞ_konqresinin_üzvlərinə_etirazını_bildirib
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatasına məktub göndərərək, konqresin bəzi nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz "təbrik məktubu" göndərmələrini qınayıb və onlara öz etirazını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 18:36 Asia/Baku
  • Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ konqresinin üzvlərinə etirazını bildirib

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatasına məktub göndərərək, konqresin bəzi nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz "təbrik məktubu" göndərmələrini qınayıb və onlara öz etirazını bildirib.

APA-nın məlumatına görə məktubda deyilir : həmin nümayəndələr yaxşı olardı ki, Ermənistanı vəziyyəti daha da ağırlaşdıran qanunsuz əməllərdən çəkinməyə, işğal olunmuş ərazilərdən çəkilməyə və konstruktiv şəkildə sülh danışıqlarını davam etdirməyə çağırış edə bilərdilər.

Lakin, bunun əksinə, Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilərn etnik təmizlənmə siyasətini dəstəklərini göstərdilər. 

Məktubda ABŞ konqresinin üzvlərinin Qarabağ separatçılarına təbrik məktubunun həm mənəvi, həm qanuni və həm də siyasi baxımdan tamamilə yalnış olduğu deyilir. 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ABŞ konqresinin üzvlərinə ünvanladığı məktubun sonunda Amerikada ədalətin əleyhinə olanları bu yalnış yoldan çəkinməyə çağırıb.