Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i360941-azərbaycanda_aprelin_27_dən_məhdudiyyətlərin_bir_qismi_yumşaldılacaq
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2020 12:35 Asia/Baku
  • Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

APA-nın bildirdiyinə görə məlumatda deyilir:  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır.