İranda 66 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
Apr 24, 2020 13:00 Asia/Baku
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 66 min 596 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində min 168 yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 88 min 194 nəfər COVID-19-a yoluxub.
Cəhanpour həmçinin ötən sutka ərzində 93 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 5 min 574 nəfərə çatıbdır.
İRANDA 66 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB
Teqlər