Millət vəkili Azərbaycanda “Şəhidlər həftə”sinin qeyd olunmasını təklif edib
Apr 24, 2020 14:34 Asia/Baku
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib.
APA-nın verdiyi məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı digər ölkələrdə il ərzində müəyyən bir həftədə şəhidlərin xatirəsinin yad edildiyini xatırladıb və Azərbaycanda da şəhidlərin yad edilməsi üçün müəyyən həftənin müəyyənləşdirilməsini və təqvimə daxil edilməsini təklif edib.
Onun sözlərinə görə, şəhidlər həftəsi təqvimə daxil edilərsə həmin həftə ərzində Azərbaycanda bütün şəhidlərin xatirəsi yad edilər.