Azərbaycanda indiyədək 300-dək tibb işçi koronavirusa yoluxub, bir həkim vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i360946-azərbaycanda_indiyədək_300_dək_tibb_işçi_koronavirusa_yoluxub_bir_həkim_vəfat_edib
İndiyədək Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2020 16:02 Asia/Baku
  • Azərbaycanda indiyədək 300-dək tibb işçi koronavirusa yoluxub, bir həkim vəfat edib

İndiyədək Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

APA-nın  məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V. Qasımov deyib ki, onlardan 65 faizi sağalıb: “Onların arasında həkimlər və tibb işçiləri var. Lakin bu o demək deyil ki, onların hamısı tibb müəssisələrində virusa yoluxub. Bununla belə, bəzi tibb müəssisələrində də tibb işçilərinin yoluxması halı baş verib. Təəssüf ki, bir həkim dünyasını dəyişib".