Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361109-azərbaycan_və_İran_gömrük_xidmətlərinin_nümayəndə_heyətləri_arasında_müzakirələr_aparılıb
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2020 09:59 Asia/Baku
  • Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında müzakirələr aparılıb

 

Aprelin 27-də Azərbaycan  Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.

Virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə edilib.

Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi "AzKron" MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.