Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatına razılıq verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361201-milli_məclis_kamran_Əliyevin_baş_prokuror_vəzifəsinə_təyinatına_razılıq_verib
Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2020 07:46 Asia/Baku
  • Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatına razılıq verib

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.