Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb
May 01, 2020 12:26 Asia/Baku
Azərbaycan bu gündən etibarən "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.
APA Energetika Nazirliyinə istinadən xəbər verir ki, may-iyun aylarında “OPEC+” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln. barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında bu göstəricidən 18% az olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% az olmaqla 98 min barel müəyyənləşib.