DTX Biləsuvarın icra başçısının həbsi ilə bağlı məlumat yayıb
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti bu gün özünün rəsmi saytında yerləşdirdiyi məlumatda son günlər Azərbaycan mediyalarında yayılan, Biləsuvar Rayonu İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin koronavirusun yayılması ilə əlaqədar həyata keçirilən xüsusi tədbirlər şəraitində qanusuz əməllərə yol verdiyinə görə öz iş yerində həbs edildiyini bildirib.
Məlumatda deyilir : Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.Hazırda araşdırmalar davam etdirilir.