Azərbaycanda koronavirusa yoluxan 1854 nəfərdən 1365-i sağalıb, 25 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361211-azərbaycanda_koronavirusa_yoluxan_1854_nəfərdən_1365_i_sağalıb_25_nəfər_vəfat_edib
Hazırkı dövrədək Azərbaycanda 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2020 13:04 Asia/Baku
  • Azərbaycanda koronavirusa yoluxan 1854 nəfərdən 1365-i sağalıb, 25 nəfər vəfat edib

Hazırkı dövrədək Azərbaycanda 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, indiyədək virusdan 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.