Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə birgə bəyannamə qəbul olunub
Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə birgə bəyannamə qəbul olunub
2020-ci ilin 4 may tarixində COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə vermək məqsədi ilə Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə birgə bəyannamə qəbul olunub.
APA xəbər verir ki, videokonfrans formatında görüşən dövlət və hökumət başçıları bır sıra məqamlarda həmrəy olduqlarını bildiriblər.
Həmin məqamlar aşağıdakılardır:
- Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və QH-nin təsis sənədlərinin məqsədlərinə, prinsiplərinə və müddəalarına güclü sadiqliyimizi bir daha bildiririk.
- BMT Baş Assambleyasının “2019-cu ilin koronavirus xəstəliyinə mübarizədə qlobal həmrəylik” adlı A/RES/74/270 və “COVID-19-a qarşı dərman, peyvənd və tibbi avadanlıqlara qlobal əlçatanlığı təmin etmək üçün beynəlxalq əməkdaşlıq” adlı A/RES/74/274 nömrəli qətnamələrin qəbulunu alqışlayırıq.