Biləsuvarda etirazlarla əlaqədar 7 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361363-biləsuvarda_etirazlarla_əlaqədar_7_nəfər_saxlanılıb
Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısında dünənki insidentlə əlaqədar 7 nəfər saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 12:29 Asia/Baku
  • Biləsuvarda etirazlarla əlaqədar 7 nəfər saxlanılıb

Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısında dünənki insidentlə əlaqədar 7 nəfər saxlanılıb.

DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, "icazəsiz" aksiyanın bir neçə iştirakçısı ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıb.

Bununla əlaqədar 7 nəfər saxlanılıb, iki nəfər xuliqanlığa və polisə müqavimət göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Beş nəfər barəsində kiçik xuliqanlığa görə protokol tərtib edilib, deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 4-də yüzlərlə insan pandemiyadan zərər çəkənlərə ayrılmış maddi yardımın paylanmasından narazılıqlarını bildirmək üçün Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısına gəlib. Polis onları dağıtmağa başlayıb və qarşıdurma baş verib.