İlham Əliyev: “Heç kim bilmir ki, pandemiya nə qədər davam edəcək”
https://azeri.sahartv.ir/news/azərbaycan-i361505-İlham_Əliyev_heç_kim_bilmir_ki_pandemiya_nə_qədər_davam_edəcək
Azərbaycan Prezidenti İlham Əliyev deyib : “Heç kim bilmir ki, pandemiya nə qədər davam edəcək”
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 09:40 Asia/Baku
  •  İlham Əliyev: “Heç kim bilmir ki, pandemiya nə qədər davam edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev deyib : “Heç kim bilmir ki, pandemiya nə qədər davam edəcək”

“Bu gün biz modul tipli yeni xəstəxananın açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında deyib.

Əliyevın sözlərinə görə, son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülüb: “Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür”.

İlham Əliyev əlavə edib ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq: “Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.
ƏLİYEV: HEÇ KİM BİLMİR Kİ, PANDEMİYA NƏ QƏDƏR DAVAM EDƏCƏK