"Azərbaycanda korrupsioner məmurların həbsi davam edəcək"
https://azeri.sahartv.ir/news/azərbaycan-i361620-azərbaycanda_korrupsioner_məmurların_həbsi_davam_edəcək
YAP-ın icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov korrupsioner məmurların həbsi prosesinin davam edəcəyini istisna etmir. Bu haqda o, yerli saytlara açıqlamasında deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2020 03:52 Asia/Baku

YAP-ın icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov korrupsioner məmurların həbsi prosesinin davam edəcəyini istisna etmir. Bu haqda o, yerli saytlara açıqlamasında deyib.

SaharAzeri-nin bildirdiyinə görə, Siyavuş Novruzov deyib: "Korrupsiya faktları ilə bağlı ayrı-ayrı strukturlardan siqnallar daxil olmaqdadır.

YAP-çı millət vəkili həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib.

Onun sözlərinə görə, korrupsioner və rüşvətxor məmurlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Bu cür hallar yolverilməzdir.

Qeyd edək ki, Azərbaycan prezidentinin tapşırığına əsasən ölkə boyunca korrupsiyaya qarşı mübarizənin yeni dalğası başlanıb. Son günlər Biləsuvar və İmişli rayonlarının icra başçılarının, ardınca isə mədəniyyət nazirinin müavinin həbsi geniş rezonans doğurdu. Əməliyyatları əsasən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirir. 

İlham Əliyev Azərbaycanın korrupsiya bəlasından xilas olacağını deyir.

AR-DA KORRUPSİONER MƏMURLARIN HƏBSİ DAVAM EDƏCƏK