Koronavirus Qarabağda müharibə riskini aşağı salıb, lakin...
https://azeri.sahartv.ir/news/azərbaycan-i361621-koronavirus_qarabağda_müharibə_riskini_aşağı_salıb_lakin...
Koronavirus pandemiyası Azərbaycanla Ermənistan arasında gərginliyin dərəcəsini aşağı salıb, baxmayaraq ki, ATƏT-in müşahidə missiyası karatinə çəkilib və təmas xətti boyu monitorinq aparmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2020 04:00 Asia/Baku
  • Koronavirus Qarabağda müharibə riskini aşağı salıb, lakin...

Koronavirus pandemiyası Azərbaycanla Ermənistan arasında gərginliyin dərəcəsini aşağı salıb, baxmayaraq ki, ATƏT-in müşahidə missiyası karatinə çəkilib və təmas xətti boyu monitorinq aparmır.

َAvrasiyanet (Eurasianet) portalının məlumatına əsasən epidemiya başlayandan bəri Azərbaycanla Ermənistan arasında atışmalar səngiyib, qurbanlar azalıb.

Məlumatda deyilir ki, BMT Baş katibi Antonio Quttereş də bütün münaqişə tərəflərinə pandemiya dövründə hərbi əməliyyatları dayandırmaq çağırışı edib. Bu çağırış Qarabağ münaqişəsi tərəflərinə də aid idi.

Belə situasiyada aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri videokonfrans vasitəsilə görüş keçiriblər. Müzakirə olunan mövzular arasında gərginliyin azaldılmasına yönələn addımlar, o cümlədən hər iki tərəfdən əsir və girovların öz yaxınları ilə görüşməsinə imkan yaradılması, jurnalistlərin qarşılıqlı səfəri təşəbbüsünün davamı da olub.

Xatırladaq ki, qoşunların təmas xəttində gərginliyin azalmasına dair iddiaların irəli sürüldüyü bir vaxtda erməni tərəfinin təxribatları hətta koronavirus dönəmində də gərginliyə yol aça bilər. Martın 31-i və aprelin 14-də Dağlıq Qarabağda dınaqarası seçkilərin keçirilməsi və Ermənistan baş nazirinin bu günlərdə Qarabağa nümayişkaranə səfəri Azərbaycan dövlətinin qınağına tuş gəlmişdir.   

Paşinyan Şuşanın işğalıyla bağlı xalqa müraciətində deyib: “Qarabağ xalqı”nın təhlükəsizliyi və onun öz müqəddəratını təyin etmə haqqını reallaşdırması alver mövzusu deyil. Bu bizim üçün mütləq dəyərdir”.

Ermənistan baş nazirinin Şuşadan verdiyi açıqlamaya cavab olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bunları deyib: "Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.

Onun sözlərinə görə, Paşinyanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran məsuliyyətsiz davranışı münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.

COVID-19 QARABAĞDA SAVAŞ RİSKİNİ AZALDIB, LAKİN...