İndiyədək Azərbaycan Respublikasında 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
May 12, 2020 14:07 Asia/Baku
Qərargah: İndiyədək koronavirusa yoluxan 2693 nəfərdən 1735-i sağalıb, 33-ü vəfat edib
SaharAzeri APA-ya instinadla bildirir ki, Hazırkı dövrədək Azərbaycan Respublikasında 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir ki, həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağırdır.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.
Teqlər