ATƏT MQ-nin həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünü hazırlayırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i361941-atƏt_mq_nin_həmsədrləri_azərbaycan_və_ermənistan_xİn_başçılarının_yeni_görüşünü_hazırlayırlar
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib. 
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 19, 2020 07:14 Asia/Baku
  • ATƏT MQ-nin həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünü hazırlayırlar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib. 

SaharAzeri TURAN-a istinadla xəbər verir:Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırki vəziyyət və yaxın aylarda, postpandemiya dövründə atılacaq addımlar müzakirə olunub, xəbəri XİN-in mətbuat xidməti yayıb.

Tərəflər pandemiyadan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarixi və yeri dəqiqləşdirmək barədə razılıq əldə ediblər.