Ermənistan və Azərbaycan R. eyni zamanda hərbi təlimlər keçirirlər
Ermənistanın müdafiə nazirliyi Azərbaycan Respublikasının hərbi qüvvələrindən bir gün sonra bu ölkə ordusunun raket təlimlərinin başlanmasından xəbər verib.
SaharAzeri xəbər verir: Ermənistanın müdafiə nazirliyi çərşənbə günü bir açıqlamada bildirib ki, dünəndən başlanan bu təlim-məşqlərdə məqsəd, silahlı qüvvələrin real məharətləri, həmçinin hərbçilər və komandirlərin hazırlıqları və döyüş qabiliyyətlərinin yüksəldilməsidir.
Bu üçgünlük hərbi təlimlər Azərbaycan Respublikası ordusunun geniş hərbi təlim-məşqlərindən bir gün sonra başlanıbdır.
Azərbaycan Respublikası ordusu bazar ertəsi günündən on min hərbi qüvvənin iştirakı ilə iri hərbi təlmilərə başlayıb.
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun komandanlığı altında keçirilən hərbi təlmilər mayın 22-dək davam edəcək.
BAKI VƏ İRƏVAN EYNİ ZAMANDA HƏRBİ TƏLİMLƏR KEÇİRİRLƏR