Azərbaycan-Rusiya sərhədində Azərbaycan vətəndaşı vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i362036-azərbaycan_rusiya_sərhədində_azərbaycan_vətəndaşı_vəfat_edib
Vətənə qayıtmağı gözləyən Azərbaycan vətəndaşı İdris Təhməzov Dağıstanda iki ölkə sərhədində vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2020 10:06 Asia/Baku
  • Azərbaycan-Rusiya sərhədində Azərbaycan vətəndaşı vəfat edib

Vətənə qayıtmağı gözləyən Azərbaycan vətəndaşı İdris Təhməzov Dağıstanda iki ölkə sərhədində vəfat edib.

SaharAzeri-nin Turana istinadla verdiyi xəbərə görə, Rusiya mənbələrinin məlumatında deyilir ki, 52 yaşlı Təhmazovun  cəsədi Azərbaycana göndərilib.

Son həftələr RF-Azərbaycan sərhədində Azərbaycan tərəfin sərhədi bağlaması ilə əlaqədar ölkəyə keçə bilməyən 700 Azərbaycan vətəndaşı yığışıb.

Mayın 19-da iki ölkə prezidentlərinin və XİN başçılarının telefon söhbətlərindən sonra 120 ölkə vətəndaşı Azərbaycana buraxılıb.