May 22, 2020 07:44 Asia/Baku
  • İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriləcəyini vəd etdi

Azərbaycan Respubllikasının prezidenti ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin şiddətləndiriləvəyini vəd edib.

SaharAzeri Azərtac Xəbər Agentliyinə istinadla xəbər verir: Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən deyib: "Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır."

Dövlət başçısı bildirib ki, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Və ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amil sayılır. 

Prezident Əliyev sonra bəzi icra başçılarının cinayətkar əməllərindən söz açaraq bunları deyib: "İnsanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir”.

Xatırladaq ki, prezident İlham Əliyev imzaladığı sərəncamla Seymur Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayev isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin ediliblər.

ƏLİYEV KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRƏCƏYİNİ VƏD ETDİ

Teqlər