Şəkidə əməliyyat: Həbs olunan var
https://azeri.sahartv.ir/news/azərbaycan-i362304-Şəkidə_əməliyyat_həbs_olunan_var
Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2020 06:12 Asia/Baku
  • Şəkidə əməliyyat: Həbs olunan var

Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

SəhərAzəri Teleqraf.com-a istinadən xəbər verir, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Rafiq Əsədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 0,102 qr narkotik vasitə olan heroin və 365 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.