Məhdudiyyət iyunun 15-dək uzadılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i362418-məhdudiyyət_iyunun_15_dək_uzadılıb
Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2020 10:58 Asia/Baku
  • Məhdudiyyət iyunun 15-dək uzadılıb

Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb

 SəhərAzəri xəbər verir, Bu barədə  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın  yaydığı   məlumatda qeyd olunub  

Qərargahdan   verilən xəbərə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb. 

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.