Şəki küçələrində ayı
https://azeri.sahartv.ir/news/azərbaycan-i362499-Şəki_küçələrində_ayı
Ötən gecə Şəki küçələrində qonur ayı peyda olub.  ayını öncə polis əməkdaşları təxminən saat 4-ə yaxın görüblər. Ayı şəhərin küçələrini dolaşaraq Gürcan çayının sahilində uzanıb mürgüyə gedib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2020 10:11 Asia/Baku
  • Şəki küçələrində ayı

Ötən gecə Şəki küçələrində qonur ayı peyda olub.  ayını öncə polis əməkdaşları təxminən saat 4-ə yaxın görüblər. Ayı şəhərin küçələrini dolaşaraq Gürcan çayının sahilində uzanıb mürgüyə gedib.

SaharAzeri Turana istinadla bildirir: Polis həmin yeri əhatəyə alıb ki, ayı oyandıqdan sonra aqressiv hərəkətlər eləməsin.

Karantin rejimi ilə əlaqədar polis heyvana baxmağa gələn əhaliyə toplaşmağa icazə vermir.

Şəhərdə ayını yatırtmaq üçün yuxu həbi olmayıb. Bakıdan mütəxəssislər gəliblər. Onlar bundan sonra nə etmək lazım gəldiyini – ayını meşəyə göndərmək və ya müalicəyə götürmək barədə qərar qəbul edəcəklər.

Ayının başında yaralar nəzərə çarpıb, çox güman ki, güllə yarası olub.

Bəlkə də heyvan kor olub, ona görə şəhərə gəlib çıxıb. Ya da yaralı halda kömək üçün insanların yanına gəlib.

Adətən ilin bu vaxtında ayılar yaşayış məntəqələrinə yaxınlaşmırlar.