İlham Əliyevin AŞPA-nı tənqid etməsi Azərbaycanda geniş əks-səda doğurub
https://azeri.sahartv.ir/news/azərbaycan-i362872-İlham_Əliyevin_aŞpa_nı_tənqid_etməsi_azərbaycanda_geniş_əks_səda_doğurub
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası AŞPA-nı tənqid atəşinə tutması ölkədə geniş rezonans doğurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 03:26 Asia/Baku
  • İlham Əliyevin AŞPA-nı tənqid etməsi Azərbaycanda geniş əks-səda doğurub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası AŞPA-nı tənqid atəşinə tutması ölkədə geniş rezonans doğurub.

SaharAzeri xəbər verir, Azərbaycan Respublikasının Prezidenti bu qurumun Qarabağdakı separatçı rejim tərəfindən keçirilmiş dırnaqarası seçkiləri sükutla seyr etməsini qınamış və demişi: “Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək və Ermənistan tərəfini dəstəkləməkdir."

Qeyd edək ki, AŞPA adətən Azərbaycanda ‘sistematik’ siyasi məhbus probleminin olmasından şikayətlənir. Bu qurum həmçinin öz qətnamələrində Azərbaycan Respublikasında insan haqlarının pozulmasını bir-neçə dəfə tənqid edibdir. Lakin rəsmi Bakı heç bir vəchlə bu ittihamları qəbul etmir. Rəsmi dayirələr Bildirir ki, təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilib, onun haqqında olmayan yalanlar uydurulur, yayılır.

Əslinə qalanda Azərbaycan dövləti Qərb-Avropa təsisatlarına üzv qəbul olunanda məlum məqsədlərə çatacağını düşünürdü. O cümlədən də bu təsisatların Qarabağ məsələsində ədalətli mövqe sərgiləmələri rəsmi Bakının gözləntiləri sırasında idi. Lakin bu istək özünü doğrultmayıb, üstəlik qərblilər insan haqları məsələsini qabartmaqla sırf öz dəyərlərnin Azərbaycanda tətbiq edilməsinə can atırlar. Bu baxımdan AŞPA-nın Dağlıq Qarabağdakı dırnaqarası seçkilərə münasibət bildirməməsi təəccüblü görünməməlidir.