İyun 10, 2020 13:06 Asia/Baku
  • Qiyas İbrahimov məhkəmənin qarşısına çıxarılacaq 

İyunun 9-da rdi etiraz aksiyasını keçirən gənc fəal Qiyas İbrahimov barəsində araşdırma aparılır. 

SaharAzeri Turana istinadla xəbər verir, bunu  Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, İbrahimov yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. "Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Nizami Rayon 25-ci polis bölməsinin yanında toplaşmış fəalların sözlərinə görə, İbrahimov bölmədən çıxarılaraq naməlum istiqamətinə aparılıb.

İyunun 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsində Qiyas İbrahimovun həbs olunması haqqında protokol tərtib olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi irəli sürülüb.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, iyunun 10-da Nizami Rayon Məhkəməsində iddiaya baxılacaq:

“Həmin maddəyə əsasən Qiyas İbrahimov 15 sutka inzibati cəza alar bilər”

Teqlər