Azərbaycan, 1 milyon avroluq dələduzluqda təqsirləndirilən türk iş adamını axtarışa verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i362973-azərbaycan_1_milyon_avroluq_dələduzluqda_təqsirləndirilən_türk_iş_adamını_axtarışa_verib
Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2020 08:46 Asia/Baku
  • Azərbaycan, 1 milyon avroluq dələduzluqda təqsirləndirilən türk iş adamını axtarışa verib

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

SaharAzeri APA-ya istinadla xəbər verir , bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.  

 Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.