İyun 10, 2020 23:07 Asia/Baku
  • Təqsirkarlar cəzalandırılmalıdır - deputat polisin hərəkətlərinə qəzəblənib

Deputat Sabir Rüstəmxanlı son günlər Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində baş vermiş hadisə ilə bağlı Turan-a şərhində bildirib. mənzillərə hücumuna münasibət bildirərək polisin vətəndaşın evinə sanki terrorçu axtarırmış kimi hücumunu qəbuledilməz adlandırıb.

SaharAzeri xəbər verir, Sabir Rüstəmxanlı polislərin binaya hücumunun anormal olduğunu bildirib. "O qədər polis nəfərini ora cəmləməyə, səhər saat 6-da qapıları döyməyə nə ehtiyac var idi? Lap orada cinayətkar var idisə belə, bunu daha sakit, daha mədəni formada müvafiq qanunun tələblərinə uyğun həll etmək olardı. İnsana paltarını geymək imkanı yaradardı. Amma vətəndaşa kadrlarda görünən münasibəti bəsləmək olmazdı", deyə deputat bildirib.

O, deyir ki, belə münasibət olan yerdə polisə inam itir, belə davranışı qətiyyətlə pisləyir və qəbul etmir: Onun fikrincə, dövlət məmuruna münasibət nədirsə, sıravi vətəndaşa da həmin hörmət, ehtiram olmalıdır.

Deputat hesab edir ki, bu əməliyyat polisin imicinə müsbət heç nə gətirməyib. Üstəlik, polis nəfələrinin özlərinin baş verənləri videoya çəkmələri, bunların sosial mediaya ötürülməsi anlaşılan deyil: "Bu nə deməkdir? Bunun arxasında nə dayanır? Niyə belə əməliyyat aparılır, bunlar hamısı düşündürücüdür. 

"Fikrimcə, həm DİN, həm əlaqədar qurumlar bünün üzərində düşünərlər ki, bu, təxirbat da ola bilər" .  

S.Rüstəmxanlı hesab edir ki, vətəndaşın evində tərbiyəsilzik edən, xanımı, həyat  yoldaşını təhqirə məruz qoyan şəxslər isə mütləq cəzalandırılmalıdırlar

Teqlər