Rus polisi tərəfindən Azərbaycan vətəndaşlarına qarşı silah işlədilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363288-rus_polisi_tərəfindən_azərbaycan_vətəndaşlarına_qarşı_silah_işlədilib
Rusiya Azərbaycan sərhədində, Rus polisi tərəfindən Azərbaycan vətəndaşlarına qarşı silah işlədilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 07:17 Asia/Baku
  •  Rus polisi tərəfindən Azərbaycan vətəndaşlarına qarşı silah işlədilib

Rusiya Azərbaycan sərhədində, Rus polisi tərəfindən Azərbaycan vətəndaşlarına qarşı silah işlədilib.

SaharAzeri xəbər verir ki, iyunun 15-də axşam Dağıstanın Qullar qəsəbəsində sərhəddə buraxılmaları tələbilə etiraz aksiyası keçirənləri Rusiya  Polisi  qəddarcasına  dağıdıb

bu barədə Azərbaycanın sosial şəbəkələrində  foto və video xəbərlər yayılıb Dağıstanın Kullar qəsəbəsində Azərbaycan vətəndaşları və rus polisi arasında gecə baş vermiş qarşıdurma zamanı 50-yə yaxın Azərbaycanlı bədən xəsarətləri alıb, 100-120 nəfər saxlanılıb. Bu barədə Turan xəbər agentliyinə Kullarda çadır düşərgəsində olan Azərbaycanlılardan biri bildirib.

Artıq məlumat verildiyi kimi, Azərbaycanlılar sərhədə doğru yürüş etməyə cəhd ediblər, amma saxlanılıblar.

Onun sözlərinə görə "Burada insanlar ay yarım - iki aydır vətənə buraxılmağı gözləyirlər. Dünən növbəti qayıdacaqlar siyahısına düşmüş şəxslərin siyahısı elan edilib. Amma siyahıya sərhəddəki insanların yarısından azının ad düşüb. Çoxları buraya yeni gələnlərin adları siyahıya düşdüyü üçün qəzəblənib. Axşam saatlarında hamı aksiyaya çıxıb və insanların bir hissəsi sərhədə tərəf irəliləyib. Polis etirazçıların yolunu kəsib və onları saxlamağa cəhd edib. Amma insanlar ümidsizcə saxlanılan şəxsləri polisin əlindən almağa çalışıblar. Sonra polis gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq insanlar əllərinə keçəni onlara atmağa başlayıb. Dəstək üçün gələn Rusiya Qvardiyasının hərbiçiləri etirazçıların öhdəsindən gələ bilməyib. Bundan sonra havaya atəş açmağa və insanları dəyənəklə döyməyə başlayıblar", deyə mənbə bildirib.

Səhər saatlarında ərazi təmizlənib, insanların qanı yuyulub.

Bu gün 200 nəfərlik növbəti partiya Azərbaycana qaytarılıb. Çoxdan düşərgədə qalanlar yenə bu partiyaya düşə bilməyiblər.

Bu gün Azərbaycan dövlət orqanlarının nümayəndələrinin gələcəyi gözlənilir.