İyun 19, 2020 09:38 Asia/Baku
  • Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İyun 21-i səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Bakı Şəhəri İcra Hakimiyyətinin bildirdiyinə görə, İyun ayının 21-i səhər saatlarından etibarən Bakı şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd olunub.  

 

Teqlər