icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363848-icaze.e_gov.az_portalında_icazələrin_bir_hissəsi_ləğv_edilib
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 28, 2020 09:06 Asia/Baku
  • icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

SaharAzeri APA-ya istinadla xəbər verir, prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.

Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.