Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363935-azərbaycanın_2_şəhər_və_2_rayonuna_yeni_prokuror_təyin_edilib
Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2020 10:15 Asia/Baku
  • Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikasında  Prokurorluq orqanlarında yeni təyinatlar olub.

 Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub. 

Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib.