İyul 01, 2020 19:46 Asia/Baku
  • Daha 250 nəfər Dağıstanla sərhədi keçib

Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir Putin arasında videokonfrans zamanı bildirilib.

SaharAzeri Turana istinadla xəbər verir ki, RİA agentliyi V.Vasilyevdən sitat gətirərək bildirib: “Bu və ya digər tərəfdən vətəndaşların keçid tempi artırılıb. Bu gün növbəti keçid baş verir”

Dağıstan hakimiyyətinin məlumatına görə, Qullar qəsəbəsinin yaxınlığındakı səhra hospitalında yerləşmiş 250 azərbaycanlı  iyunun 30-da Azərbaycana göndərilib. Hazırda orada təxminən bir o qədər adam qalır.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev də  Dağıstandan Azərbaycan  vətəndaşlarının böyük bir qrupunun keçdiyini təsdiqləyib.

 

Teqlər