Dövlət Təhlükəsizliyi Xidməti trəfindən;
Az.R XİN-in bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirilir
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi XİN-in bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirildiyini bildirib.
SəhərAzəri - APA-nın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Məlumata görə Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.