Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i364078-azərbaycanda_daha_583_nəfərdə_covid_19_aşkarlanıb_7_nəfər_vəfat_edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2020 13:24 Asia/Baku
  • Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 502 965 test aparılıb.

Image Caption