Yüzlərlə Azərbaycan vətəndaşı Türkiyədən qayıda bilmir
https://azeri.sahartv.ir/news/azərbaycan-i364330-yüzlərlə_azərbaycan_vətəndaşı_türkiyədən_qayıda_bilmir
Türkiyə-Azərbaycan sərhədində toplaşan yüzlərlə Azərbaycan vətəndaşı aylarla ölkəyə qayıda bilmir. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2020 17:42 Asia/Baku
  •  Yüzlərlə Azərbaycan vətəndaşı Türkiyədən qayıda bilmir

Türkiyə-Azərbaycan sərhədində toplaşan yüzlərlə Azərbaycan vətəndaşı aylarla ölkəyə qayıda bilmir. 

SaharAzeri xəbər verir, bu barədə Turana vətəndaşların özləri məlumat verdilər. Adlarının çəkilməsini istəməyən vətəndaşlar bildirib ki, artıq dördüncü aydır Türkiyənin Qars və Iğdır şəhərlərində Azərbaycana keçmək üçün icazə gözləyirlər. "Burada yüzlərlə adam gözləyir. Onların arasında hamilə qadınlar, uşaqlar, yaşlı və xəstə insanlar da var. Bütün bu insanlar Türkiyənin müxtəlif şəhərlərindən gəlib sərhəddə toplaşıblar. Naxçıvana keçmək istəyirik, amma bizi buraxmırlar". 

Azərbaycan Respublikası vətəndaşları vurğulayıblar ki, Türkiyəyə işsizlik ucbatından üz tutublar. "Azərbaycanda iş tapa bilmirdik, Türkiyəyə işləməyə getmişik. Mart ayında isə koronavirusa görə karantin elan edildi, çoxumuz işimizi itirdik, kirayə pulunu verə bilmirdik deyə qərara gəldik ki, Azərbaycana qayıdaq. Bizi isə ölkəyə buraxmırlar. Yığdığımız pul da bitmək üzrədir". 

Sərhəddə qalan vətəndaşlar qeyd edir ki, onlara yardım göstərilmir. "Burada kimisi yataqxanada, kimisi parkda yatır. Heç bir yardım yoxdur.  Onlar Hələ İstanbulda olanda, martın 25-də Azərbaycan səfirliyinə müraciət etdiklərini amma heç bir nəticə almadıqlarını , Qars şəhərindəki Azərbaycan konsulluğuna getdiklərini orada da qəbul edilmədiklərini deyiblər. 

Məlumatda Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən münasibət öyrənməyin mümkün olmadığı bildirilib.