İyul 14, 2020 14:36 Asia/Baku
  • Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

SəhərAzəri Bakı mediasına istinadla xəbər verir, Bu barədə Müdafiə Nazirliyindən mediayaya məlumat verilib.
Məlumatda Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Respublikası bölmələrinin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən Ermənistan qüvvələrinin geri çəkilməyə məcbur edildiyi bildirilir.
Həmçinin bildirirlir: “Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:
- polkovnik Mirzəyev İlqar Anzor oğlu;  
- mayor Əhmədov Namiq Hajan oğlu;  
- mayor Novruzov Anar Gülverdi oğlu;  
- gizir Zeynallı İlqar Ayaz oğlu;
- gizir Babayev Yaşar Vasif oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.”
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi döyüşlərdə yaralıların da olduğunu bildirərək, Onlara dərhal tibbi müdaxilə olunduğu və həyatları üçün təhlükənin olmadığını qeyd edib.
Bəyanatda bildirirlir: “Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələri də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.”
Bəyanatın sonunda əməliyyat şəraitinin Azərbaycan Respublikası bölmələrinin tam nəzarəti altında plduğu da bildirirlir.

Teqlər