İyul 15, 2020 16:46 Asia/Baku
  • Azərbaycan Respublikasında daha 559 yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında indiyədək ümumilikdə 25 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb.

SəhərAzəri sputnik.az-a istinadla xəbər verir, Azərbaycan Respublikasında COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, ölkədə son sutka ərzində 8 312, hazırkı dövrədək isə 592 778 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 25 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Image Caption

 

Teqlər