Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib
İyul 15, 2020 16:30 Asia/Baku
Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
SəhərAzəri - Report, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.
6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.
Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.