İyul 15, 2020 19:24 Asia/Baku
  • Ermənistanın hərbi obyekti Azərbaycan Respublikası qüvvələri tərəfindən məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanla davam edən döyüşlərdə Ermənistan orusuna məxsus digər bir hərbi obyektin məhv edilməsindən xəbər verib.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün bir bəyanat yayaraq, Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistanın silahlı qüvvələrinə məxsus digər bir hərbi obyektin və onun texnikalarının məhv edilməsindən xəbər verib.

Bakı hökumətindən verilən məlumata əsasəm, son döyüşlərdə azı 11 azərbaycanlı və dörd erməni hərbçi öldürülüb.

İylun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddində döyüşlərin yeni dövrü başlayıbdır.

Hazırkı döyüşlər münaqişəli Qarabağ bölgəsindən uzaq ərazidə və Tovuz rayonu istiqamətində baş verib.

Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1991 -ci ildə hərbi qarşıdurmaya çevrilib, nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan qüvvələrinin nəzarəti ailına keçib.

1994-cu ilin may ayından Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəs elan edilib, Lakin ATƏT-in Minsk qrupunun böhranın həlli üçün vasitəçiliyi indiyə kimi nəticəsiz qalıb.

Teqlər